Bu Blogda Ara

15 Haziran 2020 Pazartesi

Zamanı idarə edək - Pomodoro üsulu


Salam Dostlar!
Bu gün sizlərə gün ərzində işlərinizə daha yaxşı adaptasiya ola biləcəyiniz, çox səmərəli bir üsul haqqında yazacağam.Bəzilərinizin bəlkə də artıq bu üsul haqqında məlumatı vardır,onları da düşünüb hər kəsə faydalı olacaq araşdırmalar etdim.Üsulumuzun adı ''Pomodoro''


Françesko Kirillo
Bu üsul 1980-ci illərdə Frençesko Kirillo tərəfindən hazırlanmışdır.Üsulun adı Françeskonun məktəbli zamanlarında  istifadə etdiyi pomidor şəkilli zəngli saat ilə bağlıdır.''Pomodoro"sözü İtalyan dilindən tərcümədə pomidor deməkdir.

Üsulun faydaları

  • Vaxta qarşı deyil ,vaxtın özü ilə hərəkət edəcəksiniz.
  • Diqqətinizi tamamilə işinizə verəcəksiniz.
  • İşləriniz(dərsləriniz) üst-üstə yığılıb qalmayacaq.
  • İstirahətinizə zaman ayıracaqsınız.
Necə tətbiq etməli?


1.  İcra edəcəyiniz tapşırığı müəyyən edin və alt tapşırıqlara bölün. Hər bir alt tapşırığa 25 dəqiqəlik vaxt ayırın.

2.  Saatınızı 25 dəqiqəyə qoyun.

3.    Vaxt tamam olana qədər fikrinizi yayındırmadan işləyin. Fikrinizi yayındıran amilləri vərəqdə qeyd edin və işləməyə davam edin.

4.  Hər 25 dəqiqəlik ara sonlananda, bu haqda qeyd aparın və qısa fasilə verin (5-10 dəqiqə).

5.  Hər 4-cü mərhələdən sonra uzun fasilə verin (15-30 dəqiqə).




Tətbiqdə sizə faydalı ola biləcək proqramlar-
https://play.google.com/store/apps/details?id=com.tatkovlab.pomodorolite
https://play.google.com/store/apps/details?id=com.e.pomodoro
https://play.google.com/store/apps/details?id=jmsc.pomodoro

14 Haziran 2020 Pazar

Zamanı necə idarə edək ? -Eisenhouwer Metod

Salam Dostlar !
Bu gün Sizlərlə karantin günlərinin ən böyük bəlalarından biri olan günü  düzgün şəkildə necə idarə edə bilmək haqqında çox gözəl bir metod paylaşacam.Ümid edirəm ki, bu metod bundan sonra ki ,zamanlarda sizə yardım edər və metod haqqında öncədən məlumatı olanlar da bildiklərini yeniləmiş olarlar.
Eisenhower Metodu - qısacası "Təcili olan işlərin əksəriyyəti vacib deyil, təxirəsalınmaz işlərin çoxu təcili deyil. ”

Bəs Duayt Devid Eisenhower kimdir? - Eisenhower (Duayt Devid Eyzenhauer), Fransanın Almanlar tərəfindən işğalı zamanı ikinci dünya müharibəsi illərində bir amerikalı general və daha sonra ABŞ-ın 34-cü prezidenti olmuşdur .





 Eisenhouwer Metodu necə istifadə edilir? - Bunun üçün əvvəlcə sizlərə üsulun cədvəlini təqdim edim :


Uzaq dur
-Bu kateqoriya da gün ərzində boşa zaman sərf etdiyiniz işləri qeyd edirsiniz və onlardan bacardıqca uzaq durmağa çalışırsınız .Məsələn oyun oynamaq ,sizə önəmli heç nə qatmayan filmlər izləmək və sair.
Azalt
-Buraya misal olaraq gərəksiz mesajlarla zaman itirmək , gələn zənglərə uzun cavablar vermək və sair daxildir.Mümkün olduqca, bu kimi işlərdən uzaq durmağa çalışın bu sizə gün ərzində zamanın bir göz qırpımında keçib getməməsinə yardım edəcək.
 Vaxt ayır
-Gününüzün çox qismini bu etapa həsr etməyiniz məsləhət görülür.Bura siz gün ərzində etməkdən zövq aldığınız işləri ,sizi hər gün digər günlərə nisbətdə önə aparan məşqulluqları daxil etməlisiniz.Nəzərə alın ki, əgər bu bölmədəki işlər zamanında heç bir tələskənlik olmadan yerinə yetirilərsə ,həyatınızdakı stress bir o qədər azalar.
Daha aydın desək -tələbələr imtahana müntəzəm şəkildə hazırlaşmış olsalar imtahan günü bir o qədər az stresli olarlar. 😄

Öhdəsindən gəl
-Bu öhdəlikləri etməlisiniz. Bunlar vacibdir. Bu sizi hədəflərinizə yönəldir, lakin təcili olduqları üçün çox vaxt arzuolunmaz və planlaşdırılmamış olurlar. Burada çox vaxt sərf edəcəksiniz, çünki fövqəladə hallar həmişə olur.Vəziyyəti aradan qaldırdıqdan sonra, bu halların daha minimum həddə baş verməsi üçün gün ərzində "Vaxt ayır" bölməsinə müntəzəm şəkildə əməl etməyiniz lazımdır.

Diaqram
Bu diaqramda sizlərə gün ərzində hansı etap üçün nə qədər zaman sərf etməli olduğunuzu qeyd etdim.Ümid edirəmki faydalı olacaqdır 💛