Bu Blogda Ara

Özgüvən yaratmağın sadə yolları

Özgüvən-cəmiyyət tərəfindən göz ardı edilən və əksikliyinin sonu bədbəxtçiliklərə aparan bir məhfumdur.

Əziz dost , bu yazı da sizə özgüvən əksikliyinin fəsadları və onu bərpa etmək üçün bir neçə qızıl qayda yazacağam.

Özgüvən əksikliyinin yaranma səbəbləri :


·         Ailə - hələ uşaq vaxtlarından bəzi ailələr övladlarının daxili özgüvənini qırmağa başlayır.Məsələn uşağın çox sevdiyi oyuncağını evə gələn başqa uşağa verərək onda digərlərinin ondan daha önəmli olduğu duyğusunu yaradır və ya uşaq hər hansı bir söz demək istədikdə sən öz işinə qarış” deyərək onun fikir bildirmə ,öz sözünü çatdırmağı bacara bilmək qabilliyyətini  əlindən alırlar.Bu da gələcəkdə o uşaqların istəmədiyi insanlarla məcburi şəkildə ailə quranda səslərini çıxarmamağa qədər,eyni zamanda digərlərinə qarşı daimi asılılıq hiss etmələrinə gətirib çıxarır.


·         Cəmiyyət(ətraf)- insanın ətrafındakı insanların fikirləri,"iynəli" sözləri nəticəsində itirilən özgüvən.Unutmayın bu gün sizi tənqid edən, işlərinizi bəyənməyən insanlar sabah sizi digərlərinə örnək verəcəklər.



·         Digər-buraya misal həyatınızda baş verən uğursuzluqları daxil edə bilərik.Onlar sizi həvəsdən sala və neqativ enerji ilə doldura bilər .Lakin unutmayın uğursuzluqlar sizi uğura aparan yolda bir pilləkəndir.


Siz bəs özgüvənlisiniz?-Test 
      
           Aşağıda özgüvənli insanların uzaq durduğu xüsusiyyətləri yazacağam.Əgər siz bunları edirsinizsə o zaman deməli sizdə özgüvən əskikliyi var və bunu aradan qaldırmaq vaxtıdır!


*Assosiyallıq-Sosial mühitdən yayınmaq, kütlə qarşısında danışmaqdan qorxma.







*Müqayisə-Daima özünüzü kimlərləsə qarşılaşdırmaq,müqayisə etmək və özünüzə qarşı haqsız davranmaq.







*Tənqidlərə qarşı həssaslıq.

*Başqalarının fikir və düşüncələrinə ehtiyaclıq hissi.

*Sərhəd-insanlarla arana sərhəd qoymamaq,hər dediklərinə "YAXŞI,OLDU,TAMAM" cavablarını vermək.





*Risk etməkdən çəkinmək.

*Daima günahkarlıq hissi və sevgisiz qalmaqdan qorxmaq.

*Öz fikrini söyləməkdən çəkinmək.Əgər fikir bildirsə insanların onunla həmfikir olmayacaqlarından qorxmaq.

*Tez ruhdan düşmək,özünə inanmamaq.



Özgüvəni bərpa etmək üçün nə etməli?


Əgər yuxarıda qeyd olunanlar sizdə də varsa o zaman DİQQƏT

❤ Mükəmməlliyətçi olmayın - özünüzü olduğunuz kimi qəbul edin və  
SEVİN!

❤Sevdiyiniz işlərə zaman ayırın - bunun üçün aşağıdakı metodu tətbiq edin:

Metod 4 hissəlidir:

1.Əvvəlcə sevdiyiniz 7 işi yazın
2.Sonra onların içindən ən sevdiyiniz 5 işi seçin(qarşısına ulduz qoyun)
3.Daha sonra isə 1 ulduzlu işlərdən 3 iş seçin (yenə qarşısına ulduz qoyun)
4.Ən son 2 ulduzlu işlərdən 2 iş daha seçin(yəni bir ulduz daha qarşısına əlavə edin)
   Qarşısında 3 ulduz (*) olan işlər sizin bu həyatda uğur qazana biləcəyiniz işlərdir.Geri qalan ömrünüzü daha səmərəli keçirmək üçün həyatınıza o işlərlə davam edin 😏💓

Əlaqədar şəkil❤Hədəf seçin

İnsanlarla ünsiyyətdən qaçmayın.

Müsbət tərəflərinizi bilin və onları söyləməkdən çəkinməyin.

❤Yox deməyi bacarın

Sizə yaxşı gəlməyən insan və məkanlardan uzaq durun.

❤Keçmişi keçmişdə saxlamağı bacarın.Keçmişinizi unutmayın ona görə ki,əgər o zaman alınmamışdırsa bu indi də alınmayacaq demək deyil.

Sizə yaxşı gələn insanlarla zaman keçirin.

Son olaraq özgüvənli olmaq yolunda sizi müşayiət edəcək kitablardan bir neçəsi:







Kitab Dostları necə qazanmalı və insanlara təsir etməli | Dale ...     Kitab dükanlarından əldə edə bilərsiniz (məsələn:ali və nino)

Haluk Tatar - Zafer Sızlanarak Kazanılmaz







Oxuduqca rahatlaşacağınız bir kitab daha zafer sızlanarak kazanılmaz

Hiç yorum yok:

Yorum Gönder